Xanım mer Makronu biabır etdi:" Fransa uçuruma yuvarlanır, mən belə ölkə istəmirəm"

"Bu uçurumda insanların, cəmiyyətin dözümsüzlüyü, ektremmizm, hər kəsin özünə qapanması, kollektivlik və birgəyaşayış ənənələrinin itməsi kimi meyllər aydın müşahidə edilir"


Fransanın Sen Valeri-an Ko əyalətinin xanım meri Dominik Şovel dünən Qran Burteludda "geniş ümummilli müzakirə" zamanı merlərin və prezident Emmanüel Makronun qarşısında ölkədəki böhranlı vəziyyətlə bağlı cəsarətli çıxş edib.

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, onun "Fransa uçuruma yuvarlanır" ifadəsi böyük alqışa səbəb olub. Xanım mer ölkəsində faşizm ənənələrinin formlaşamasından ehtiyat etdiyini söyləyərək bu müzakərinin uğur qazanağına ümid bəslədiyini ifadə edib:

"Cənab Makron, sizə və özümüzə uğurlar arzulayıram. Ölkəmiz uçuruma yuvarlanır. Bu uçurumda insanların, cəmiyyətin dözümsüzlüyü, ekstremmizm, hər kəsin özünə qapanması, kollektivlik və birgəyaşayış ənənələrinin itməsi kimi meyllər aydın müşahidə edilir. Və mən belə Fransanı istəmirəm.
Qonşu ölkərə və ayrı-ayrı xalqlara yardım etmək lazımdır. 

Aralıq dənizinin o tayında isanlar acından ölür. O uşaqların acınadan ölməsinə imkan verməməliyik. Biz isə onlara kömək edə bilmirik".

Qeyd edək ki, D.Şovel sabiq millət vəkilidir. O əmək məcəlləsi ilə bağlı qanunun qəbul edilməməsinə etiraz edərək mandatından imtina edib.

Xatırladaq ki, E.Makron dünən "Grand Bourgtheroulde"da " geniş ümummilli müzakirə "yə başlanılmasını rəsmən elan edib və müzakirə keçirilib.

Tərcümə etdi:Ayyət Əhməd