"Xaricdə Azərbaycana qarşı "mübarizə" aparan “həmyerlilərimiz " müəyyən mənbədən maliyyələşirlər"
11:21 29.11.2018
Arxiv
578
"Amma onların cəhdləri əbəsdir. Çünki o insanların Azərbaycanda sosial bazası, ictimai dəstəyi yoxdur. Azərbaycan vətəndaşı öz dövlətini, milliliyini və hakimiyyətini sevir və müdafiə edir”
"Vətəninə, xalqına qarşı "mübarizə” aparan, çirkab yaxmağa çalışan insanların məqsədi olur. İndi özləri etiraf edirlər ki, bunun kökündə pul məsələsi durur”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, söhbət kifayət qədər böyük məbləğdən gedir:
"Maliyyə uğrunda hər zaman pərdə arxası mübarizə gedir. Əlbəttə, bu işlə məşğul olanlar təkcə bir qrup şəxs deyil. Xaricdə Azərbaycana qarşı mübarizə aparan "həmyerlilərimizin” hamısı müəyyən mənbədən maliyyələşirlər. Onlar sərbəst şəkildə konfranslara gedir, telekanallara çıxırlar, sosial şəbəkələrdə qərəzli proyektləri həyata keçirirlər.
Bunların hamısının arxasında pul dayanır. Görünür, Azərbaycanın inkişafı xaricdəki bəzi dairələri razı salmır. Ona görə də ölkəmizin inkişafını, imicini gözdən salmağa, sarsıtmağa, cəmiyyətdə inamsızlıq sindromu yaratmağa çalışırlar. Lakin onların çirkin fəaliyyəti heç zaman nəticə verməyib və verə də bilməz. Deməli, ayrılan pullar faktiki olaraq göyə sovrulur”.
Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycan vətəndaşı kiminsə şirin sözünə deyil, yalnız reallığa inanır:
"Ölkə vətəndaşları təhlükəsiz həyat sürürlər, manatın stabil olduğunu görürlər, məktəblərin, xəstəxanaların təmir edildiyni, cənab Prezidentin əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq üçün atdığı addımları bilirlər, regionda yeni-yeni iş yerlərinin yaradıldığının şahidi olurlar. Hamı Azərbaycanın beynəlxalq aləmdə nüfuz sahibi olduğunu yaxşı bilir.
Belə olan təqdirdə xaricdə kimlərinsə boş vədlərlə ictimaiyyəti aldatmaq cəhdləri uğursuz olacaq. Heç kim onlara inanmayacaq. Şübhəsiz, bundan sonra da Azərbaycana qarşı təhdidlər və təzyiqlər ediləcək. Amma bunların hamısı əbəsdir. Çünki onların Azərbaycanda sosial bazası, ictimai dəstəyi yoxdur. Azərbaycan vətəndaşı öz dövlətini, milliliyini və hakimiyyətini sevir və müdafiə edir”.
Qeyd edək ki, artıq bir neçə gündür ki xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir birinı qarşı ifşaedici açıqlamalar verirlər. Açıqlamalar göstərir ki, özlırini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edınlər əskində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fıaliyyət göstərmiş, sifariş yerinə yetirmişlər. Onların əsas məqsədi daha çox qrant almaq və məbimsəmək olub. Bu məqsədlərə xidmət edənlər sadəcə xain və düşmən dəyirmanına su tökən ünsürlərdir.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya