Xaricdəki anti-Azərbaycan şəbəkəsi özünü ifşa etdi

Niyaməddin Orduxanlı:"Pulu birgə bölə bilmirlər. Ayrılan vəsait birinə az, digərinə isə çox düşür. Nəticədə aralarında dava yaranır. Azərbaycan cəmiyyəti bunu bilməlidir”



"İllərdir rəsmi qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən Avropada müəyyən dairələrin əlində olan şəxslər barədə məlumat verilib. Onların zərərli fəaliyyəti ifşa olunub”.

Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.

Partiya funksioneri deyib ki, onlar ayrı-ayrı zamanlarda Azərbaycandan qaçıb getmiş və müxtəlif adlar altında xarici ölkələrdə yerləşdirilmiş şəxslərdir: 

"Əlbəttə, onların hamısı məqsədyönlü olaraq Azərbaycanın dövlət müstəqilliyi əleyhinə fəaliyyət göstərən, erməni diasporasının təsiri altında çalışan adamlardır. Bir sıra qurumlar var ki, konkret olaraq Azərbaycanın siyasi rəhbərliyinə təzyiq etmək üçün bu ünsürlərdən istifadə edirlər.

Bunu da sosial şəbəkə üzərindən həyata keçirirlər. Onlar Avropada sığınacaq və müəyyən təminatlar verməklə Azərbaycana yönəlik işlərə cəlb olunurlar. Təəssüf edici hal odur ki, bəzən onların içində elə murdar ünsürlər olur ki, bütün xəttləri keçirlər. Hətta dövlət başçısına, onun ailə üzvlərinə, millət vəkillərinə, ayrı-ayrı məmurlara, partiya sədrlərinə qarşı iyrənc kampaniya həyata keçirirlər. Dövlətimizi nüfuzdan salmağa, imicini ləkələməyə çalışırlar. Məhz bunun müqabilində qrant layihəsi çərçivəsində vəsait alırlar”.

N.Orduxanlı bildirib ki, bu şəbəkənin üzvləri Emin Hüseynov, Emin Milli, Orduxan Teymurxan, Qənimət Zaidov, Xədicə İsmayıl, Tural Sadıqlı və s. adamlardır:

"Konkret bir şəxs Azərbaycanda təşkilat sədri kimi fəaliyyət göstərdiyi zamanda vergidən yayınma həcmi 300 min manatdan yuxarı idi. Ona ayrılan qrantların miqdarı milyonlarla ölçülürdü. Özü də müsahibələrində çəkinmədən etiraf edirdi ki, layihələri 1 milyon 500 min avro dəyərindədir. Son günlər ağzının sözünü bilməyən bir yenisi də çıxıb. O da etiraf edib ki, 80 min avro qrant ayrılıb, ancaq ona sadəcə 100 avro çatıb. İndiki mərhələdə özləri-özlərini ifşa edirlər. Pulu birgə bölə bilmirlər. Ayrılan vəsait birinə az, digərinə isə çox düşür. Nəticədə aralarında dava yaranır. Azərbaycan cəmiyyəti bunu bilməlidir”.

Qeyd edək ki, artıq bir neçə gündür ki xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir birinı qarşı ifşaedici açıqlamalar verirlər. Açıqlamalar göstərir ki, özlırini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edınlər əskində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fıaliyyət göstərmiş, sifariş yerinə yetirmişlər. Onların əsas məqsədi daha çox qrant almaq və məbimsəmək olub. Bu məqsədlərə xidmət edənlər sadəcə xain və düşmən dəyirmanına su tökən ünsürlərdir.

İsmayıl