Xaricə gedən azərbaycanlı turistlər rahatlıq tapacaq
08:34 02.03.2018
Arxiv
480
“Vizaların ASAN vasitəsi ilə verilməsi xarici ölkə səfirliklərinin də işini asanlaşdıracaq”
"ASAN Xidmət”in Azərbaycan vətəndaşlarına viza verməsi ilə bağlı 2 konsepsiya hazırlanıb. Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. O bildirib ki, müvafiq qurumlarla danışıqlar aparılır:
"Məqsəd odur ki, vahid platformada vətəndaşlar müraciət edərək xarici ölkələrin Azərbaycandakı konsulluqlarından viza əldə edə bilsinlər. Bu, bizim həmin ölkələrin konsulluq xidmətləri ilə əməkdaşlığımızdan asılıdır. Pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsi qurulacaq. Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər. Hələ danışıqlar gedir. Danışıqlar yekunlaşandan sonra konkret zaman müəyyən olunacaq”. "ASAN Xidmət”in fəaliyyəti ictimaiyyət tərəfindən təqdirəlayiq hesab olunur. Çünki bu xidmət sahəsində vətəndaşlar bir çox bürokratik süründürməçilikdən xilas olurlar. Məlumdur ki, viza məsələsi də xaricə üz tutan insanlar üçün çox önəmlidir. Məhz bu səbəbdən viza verilməsinin vahid platformada həlli cəmiyyət üçün arzuolunandır.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Konstitusiya” Araşdırmalar Fondunun eksperti, hüquqşünas Zaur İbrahimli deyib ki, "ASAN Xidmət”in vətəndaşlara xidmət sahəsində daha bir yeniliyə imza atması çox böyük naliyyət kimi dəyərləndirilməlidir. Ekspert xatırladıb ki, hər il orta hesabla 400 min azərbaycanlı turist kimi başqa ölkələrə gedir:
"Azərbaycan vətəndaşları viza almaqda müəyyən çətinliklərlə üzləşirlər. Bir çox hallarda dəllalların qurbanı olurlar. Yaxud viza almaqdan ötrü günlərlə vaxt itirirlər. Vizaların ASAN vasitəsi ilə verilməsi xarici ölkə səfirliklərinin də işini asanlaşdıracaq. Ən əsası isə Azərbaycan vətəndaşları rahatlıq tapacaqlar, vaxtlarına və pullarına qənaət edəcəklər. Həm də ölkəmiz dünyaya yeni bir nümunə təqdim edəcək.
Ümumiyyətlə, "ASAN Xidmət” Azərbaycanın dövlət xidmətlərinin göstərilməsində ən yeni trendlərlə ayaqlaşdığını göstərir. Qurumun təcrübəsi eyni zamanda digər sahələrdə, elektron xidmətlərin göstərilməsi, yeni idarəetmə və nəzarət modellərinin tətbiqi üçün çox vacib təcrübə yaradır. Artıq ilk addımlar atılır. Dövlət qurumlarının fəaliyyətinin "ASAN”ın standartlarına uyğunluğu ilə bağlı qiymətləndirmə aparılır. Əldə edilən təcrübənin digər sahələrə transformasiyası üçün zəmin yaranır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət