Xarici media: Azərbaycan Dövlət Televiziyası Belçikanın Ham şəhərində
Banuçiçək Kalbalıyeva
15:30 26.03.2021
Arxiv
481
Belçikanın “HET BELANG VAN LİMBURG” qəzeti Azərbaycan Dövlət Televiziyasının Belçikanın Ham şəhəri və bu şəhərdə Qarabağ atına qoyulan abidə ilə bağlı hazırladığı reportajla bağlı xəbər yayıb.
Xəbərdə bir neçə ildir Ham şəhəri ilə Azərbaycan arasında gözəl bir dostluq körpüsü yarandığını, hər iki tərəfin bir-birini ziyarət etdiyi yazıb.
Bir neçə il əvvəl Ham bələdiyyə başçısı Azərbaycanda, Azərbaycanın Belçikadakı səfiri Ham şəhərində olub. Bu günlərdə Azərbaycan Dövlət Televiziyası Hamı şəhərinin qonağı oldu. Bununla indi Ham şəhəri Azərbaycanda təbliğ olunacaq. Sevindirici hal odur ki, Ham şəhərində Qarabağ atına qoyulan abidə dostluq abidəsinə çevrilib. Bununla bağlı Azərbaycan Dövlət Televiziyasının komandası ilə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ilə birlikdə veriliş hazırlanıb", - deyə xəbərdə yazılıb.
Cəmiyyət sədri Ayhan Dəmirçi qəzətə açiqlamasında abidənin açılışını dostluğa xidmət etdiyini bildirib.
“Bu gözəl dostluğun əsası 2017-ci ildə Hamda, Novruzla birlikdə yaz şənliyindən başladı. Novruz bayramını və abidənin açılışını birlikdə qeyd etməyə başladıq. Bundan əlavə, Novruzda hamı bir-birini ziyarət edir, şənlik olur, məzarlıqlar ziyarət edilir. Bu il koronavirus səbəbi ilə Novruz bayramı təntənəli qeyd edilmədi. Ancaq yaxınlarımıza Novruz şirniyyətləri payladıq. Ümid edirəm ki, gələn il də Novruz festivalını təşkil edə bilərik”, -deyə Ayhan Dəmirçi bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət