Xarici tərəfdaşlar MEK-in fəaliyyətini yüksək qiymətləndirir
12:34 10.06.2021
Arxiv
566
AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyəti yüksələn xətlə inkişaf edir. Kitabxana öz xarici ölkə tərəfdaşları ilə aparılan sorğu mübadiləsi və yazışmalara əsaslanaraq beynəlxalq nəşr mübadiləsini uğurla həyata keçirir. Müraciət edilən hər bir sorğu araşdırılır, müvafiq ədəbiyyatların əldə edilməsi istiqamətində tədbirlər görülür və qarşı tərəfin məmnuniyyətini yüksək səviyyədə qorumaq üçün xüsusi addımlar ön plana çəkilir.
Görülən tədbirlər nəticəsində tərəfdaşların məmnuniyyəti təmin edilir. Belə ki, son günlər Rusiya Milli Kitabxanası, Çin Milli Kitabxanası, Almaniyanın Senkenberq Tədqiqat Cəmiyyəti və Frankfurt Təbiətşünaslıq Muzeyinin sorğuları nəticəsində göndərilən jurnal və kitablar sözügedən tərəfdaşlar tərəfindən müsbət qarşılanmış və bu istiqamətdə öz təşəkkürlərini ifadə etmişlər. Tərəfdaşlar hər bir nəşrin öz istifadəçi kütləsi tərəfindən maraqla qarşılandığını və nəşrlərin fondların zənginləşdirilməsindəki rolunu xüsusi vurğulamışlar. Bununla yanaşı, hər zaman ölkəmizdə işıq üzü görən nəşrlərə maraqlarını ifadə etmiş, tezliklə AMEA-nın Elmi-Tədqiqat İnstitutlarının digər elmi nəşrlərini, eləcə də universitet materiallarını əldə etmək istəyində olduğunu bildirmişlər.
Məlumat üçün bildirək ki, MEK tərəfindən Rusiya Milli Kitabxanasına tarix və dilçilik elminə dair 4 kitab, Almaniyanın Senkenberq Tədqiqat Cəmiyyəti və Frankfurt Təbiətşünaslıq Muzeyinə biologiya elmlərinə dair 2 kitab və 27 sayda jurnal göndərilmiş, habelə Çin Milli Kitabxanasına dəqiq elmlərə dair 2000-2021-ci illərin tammətnli elmi jurnallarının bütün nömrələrini özündə cəmləyən 8 elektron bazadan yararlanmaq imkanı üçün linklər təqdim edilmişdir.
Qeyd edək ki, beynəlxalq mübadilə çərçivəsində xarici tərəfdaşlara təklif edilən nəşrlər çap formatında və ya elektron şəkildə təqdim edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat