Xəstə sənətçiyə nazirlik sahib çıxdı

“Donor da tapılıb. Tez bir vaxtda əməliyyat olunacam"



Qaraciyər serrozundan əziyyət çəkən Aşıq Azərə donor tapılıb. publika.az xəbər verir ki, sənətçi tezliklə əməliyyat olunacağını bildirib: "Sağ olsun, millət vəkili Qənirə Paşayevanın köməkliyi sayəsində əməliyyat olunacam. O Səhiyyə Nazirliyinə müraciət elədi və nazirlik bütün xərclərimi üzərinə götürdü. Donor da tapılıb. Tez bir vaxtda əməliyyat olunacam".
Qeyd edək ki, amansız xəstəliklə mübarizə aparan Aşıq Azər İran və Türkiyədə müalicə olunub. Həkimlər bildirib ki, ona təcili qaraciyər köçürülməlidir.