"Qadın və Uşaq Akademiyası" İB-nin rəhbəri Sevinc Fədai məsələ ilə bağlı "Şərq”ə açıqlamasında deyib ki, nəinki xəyanətə, heç bir şeyə görə bir insanın bir başqa insanı bu hala salması, üstəlik onu nümayiş etdirməyə haqqı yoxdur:
Xəyanət bağışlanmazdır
Amma buna görə qadının saçlarını kəsib, videoya çəkərək ictimaiyyətə yaymaq da cinayətdir"İnsanlarımız qanun, hüquq deyilən məfhumu unudublar. Hər kəs ona vurulan mənəvi və ya fiziki zərbəyə öz ağlınca, üslubunca, gücü daxilində cavab verməyə çalışır"
"Qadın və Uşaq Akademiyası" İB-nin rəhbəri Sevinc Fədai məsələ ilə bağlı "Şərq”ə açıqlamasında deyib ki, nəinki xəyanətə, heç bir şeyə görə bir insanın bir başqa insanı bu hala salması, üstəlik onu nümayiş etdirməyə haqqı yoxdur:
Ölkədə baş verən xoşagəlməz hadisə, qadının saçının qırxılması cəmiyyətimizdə gedən aşınma prosesinin çox təhlükəli bir mərhələyə çatdığını göstərir. Ər ona xəyanət edən gənc qadının başını keçəl edərək onu telefonunun kamerasına çəkib və sosial şəbəkədə paylaşıb. Qəzəbli ər, arvadı və birgə xəyanət etdiyi kişinin ünvanına nalayiq ifadələr işlədib. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, fikirlər haçalanıb. Hadisənin mahiyyəti qalıb bir kənarda, "Yaxşı kişinin arvadı xəyanət etməz” deyənlərlə qanında əxlaqsızlıq olanın yaxşı kişi, pis kişiyə baxmadığını düşünənlər mübahisə edir. Hesab edirlər ki, fiziki, mənəvi və psixoloji prosesdir.
Bu cür eybəcər hadisənin ictimailəşməsi təəssüf doğursa da, faktı inkar etmək mümkün deyil. Qadının həyat yoldaşını hansı səbəbdən aldatdığı bizə bəlli deyil, amma istənilən halda hər iki tərəf eyni dərəcədə günahkardır.
Hətta ən tutarlı səbəb belə xəyanətə haqq qazandıra bilməz. Həyat yoldaşının başını qırxıb, bu çirkin olayı ictimailəşdirən kişinin hərəkəti isə cinayətdir.
Xəyanət etdiyi üçün gənc qadını təhqir etmək, saçını qırxıb sosial şəbəkələrdə şəklini paylaşmaq qəhrəmanlıq deyil ki, haqq qazandıraq. Əksinə, bu addımı ilə xəyanətə məruz qalan ər haqlıykən özünü də haqsız duruma, hətta elə o qadının gününə saldı.
Ər anasının və qardaşının köməkliyi ilə qadının saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hadisədən xəbərdar olduğunu deyib: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hadisədən xəbəri var. Məsələ nəzarətimizdədir. Həmin məsələ ilə bağlı, yaşayış yeri üzrə Monitorinq Komissiyası tərəfindən iş aparılır”. Həyat yoldaşına xəyanət etdiyi üçün başı keçəl edilərək videosu çəkilən qadının məsələsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırma yayılan video əsasında aparılır və toplanan materiallar prokurorluğa göndəriləcək.
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) də qadının başının qırxılması ilə bağlı məsələyə münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə deyib ki, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə əri tərəfindən başı qırxılan gənc qadınla bağlı məlum video yayıldıqdan sonra araşdırma aparılaraq onların şəxsiyyəti müəyyən olunub.
Qadının anası, Mingəçevir şəhər sakini olan X.Malışova dekabrın 1-də Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirib, bu məsələdə günahkar şəxslərin cəzalandırılmasını xahiş edib. Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhərində anadan olmuş, hazırda Rusiya Federasiyasının vətəndaşı olan E.Həsənovla ailə həyatı quran qadın il yarım müddətində həyat yoldaşı və onun ailə üzvləri ilə birlikdə Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində yaşayıb. Lakin 2015-ci ilin oktyabrında həyat yoldaşı ilə münasibətlərində problem yarandığına görə o, anasının yanına qayıdaraq 4 yaşlı övladı ilə birlikdə yaşamağa başlayıb. Bu ilin sentyabrında ərinin valideynləri - qayınanası və qayınatası gəlinlərini yenidən Rusiya Federasiyasına aparsalar da, həmin ayın sonlarında həyat yoldaşının şübhələri və qısqanclığı səbəbindən yenidən narazılıq yaranıb və E.Həsənov Kislovodsk şəhərindəki yaşadıqları ünvanda anasının və böyük qardaşının köməkliyi ilə qadının saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb.
Hazırda Mingəçevir Şəhər Polis Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Hazırda həyat yoldaşım və onun qardaşları axtarışdadır
Həyat yoldaşı və qayınanası tərəfindən zorakılığa məruz qalan Günel Mehdiyeva (ad şərtidir) azxeber.com-a açıqlamasında videonun Rusiyanın Stavropol şəhərində çəkildiyini, görüntülərin isə bu ilin sentyabrın 20-də balaca qaynı tərəfindən lentə alındığını deyib: "Həmin gün evdə idim. Yoldaşım, demək olar ki, hər gün içib evə gəlirdi. Həmin gün də evə içkili gəlmişdi. Sonra məni təhqir edib vurmağa başladı. Mən cavab qaytaranda qayınanam mənim saçlarımdan tutaraq otağa apardı. Başıma çoxlu zərbələr vurmağa başladı”. Onun sözlərinə görə, keçmiş həyat yoldaşının atdığı bu addımdan sonra Mingəçevir Şəhər Polis İdarəsinə rəsmi ərizə ilə müraciət edib.
Qadın bildirib ki, daha sonra huşunu itirib və onu lüt soyundurub şəkillərini çəkiblər:
"Qayınanam həmin vaxt saçlarımı kəsdi, ərim Həsənov Elnur isə bədənimə bıçaqla xəsarətlər yetirdi. Üzərimdə siqaret kötüklərinin izi də var. Bunlarla bağlı bütün şəkilləri prokurorluğa təqdim etmişəm. Siz o videodan da görürsünüz ki, mən heç bir cavab vermirəm, susuram. Çünki özümdə deyildim, qayınanam dərman vermişdi. Həmin şəxsi mən görməmişəm. Dediyi şəxs biz evlənmədən öncə yazışdığım birisi olub. Evlənəndən sonra heç kimlə əlaqəm olmayıb. Şəkildəki şəxs isə mənim xalam oğludur. Onlar sadəcə, bunlardan istifadə edib məni pis çıxarmaq istəyirlər”.
Qadın əlavə edib ki, qaynı uşağını qaçıraraq Rusiyaya aparıb:
"Orada atasının yanındadır. Neçə aydır ki, uşağımı görmürəm. Artıq ərim də, qayınlarım da axtarışdadır. Polis onların evində axtarış aparacaq”.
G.Mehdiyeva həyat yoldaşı ilə münasibətlərindən danışıb:
"Mən 1994-cü il təvəllüdəm. 2013-cü ildə, 19 yaşımda ərə verilmişəm. Elə o vaxtdan bu adamın zülmünü çəkirəm. Onun ikinci ailəsiyəm. Məndən öncəki ailəsindən 12 yaşlı bir oğlu var. İndi o xanım da mənə bu məsələdə dəstək olur və biz bir yerdə mübarizə aparırıq. Qaldı ki münasibətimizə, bəli, hər zaman pis olub. O həmişə gəzib, məni aldadıb.
Heç bir zaman məni ailəsi olaraq görməyib. Ondan ayrılıb Mingəçevirə qayıtdım. Daha sonra anası və özü gələrək məndən üzr istədilər, geri çağırdılar. Getdim. Getməz olaydım. Başıma bu işləri açdılar.
Qızım azyaşlıdır. Ona mənim haqqımda olmazın yalanlar danışırlar. Qızımı mənə qarşı nifrətlə doldururlar. Hətta prokurorluğa şəkillər də göstərmişəm. Qızıma bıçaq verib bədənimə xəsarətlər yetirməsini istəyiblər. Uşağımı onların əlindən geri almaq istəyirəm”.
Əgər edibsə belə xəyanətə görə qadının saçını qırxıb, sosial şəbəkədə paylaşmaq nə dərəcədə doğrudur? Bəs, iddia edildiyi kimi qadının xəyanət etməsində kişinin rolu varmı?
Məsələ özünütəsdiqdir, ətrafına, cəmiyyətə özünü qeyrətli göstərmək istəyidir
"Qadın və Uşaq Akademiyası" İB-nin rəhbəri Sevinc Fədai məsələ ilə bağlı "Şərq”ə açıqlamasında deyib ki, nəinki xəyanətə, heç bir şeyə görə bir insanın bir başqa insanı bu hala salması, üstəlik onu nümayiş etdirməyə haqqı yoxdur: "Bu, digərinin şəxsiyyətini alçaltmaqdır ki, bu haqqı bizə heç kim vermir, verə bilməz. Məni həmin videonun müzakirəsindən bəri ən çox düşündürən odur ki, əgər həmin qadın xəyanət edibsə və həyat yoldaşı da bunu belə ağır qəbul edibsə, niyə xanım hələ də onun evindəydi? Çünki xəyanət ağır bir şeydir və bunu etmiş birini yanında, evində görmək istəməzsən. Deməli, burda məsələ özünütəsdiqdir, ətrafına, cəmiyyətə özünü qeyrətli göstərmək istəyidir. Bu da cəmiyyətdə baş alıb gedən çox təhlükəli tendensiyadır. Kökü də natamamlıq kompleksinə gedib çıxır və insanlar özlərini ailə-məişət məsələlərini, məhrəmlərini qabardaraq özlərini təsdiq etmək, alqış eşitmək istəyirlər. Yox, sən qadını işgəncə vermək üçün evində saxlayırsansa, deməli, sənin psixoloji problemlərin var. Bu halda isə o ailənin yaxınları müdaxilə etməli, məsələni doğru şəkildə həll etməlidir.
Çünki bəzən iki tərəf də məsələnin yaşatdığı gərginlikdən, travmadan dolayı sağlam düşünə, addım atmaya bilər. Burda ən narahatedici durum bilirsiz, nədir? İnsanlarımız qanun, hüquq deyilən məfhumu unudublar. Hər kəs ona vurulan mənəvi və ya fiziki zərbəyə öz ağlınca, üslubunca, gücü daxilində cavab verməyə çalışır. Halbuki xəyanətlə üzləşmiş kişinin, eləcə də şəxsiyyəti alçaldılan qadının da ağlına məsələni qanun çərçivəsində həll etmək gəlməlidir. Kişi boşanmaq üçün müraciət edib qadınla yollarını ayırmalı idi, ancaq o, başqa üsula əl atdı. Bu durumda isə qadın çəkilən və yayılan həmin videonu əsas tutaraq hüquqlarının müdafiəsinə qalxa bilər. Bu işdə qadın təşkilatları, hüquq müdafiəçiləri də onun yanında olar”.
... Onun xəyanət etməsinə də səbəb elə kişidir
Qadının xəyanətində kişinin rolunun olub-olmadığına gəldikdə isə Sevinc xanım deyib ki, bu, heç nəyi dəyişmir: "Mənə görə insanın dəyərləri, həyat kredoları, ilk növbədə özünə və dəyərlərinə sayğısı olmalıdır. Yəni əgər kişinin qadına laqeyd münasibəti, hər hansı psixoloji, fiziki şiddəti olubsa və qadın buna görə xəyanət edibsə belə, bu, vəziyyəti dəyişmir. Laqeydlik və şiddətin özü ayrılıqda pislənməlidir, bu, başqa məsələdir. Amma insanlar biri-birindən, evlilikdən, münasibətlərdən razı deyilsə, sadəcə sakit və mədəni şəkildə buna son qoya bilərlər.
Heç kimin biri-birinə mənəvi, psixoloji, fiziki zərbə vurmağa haqqı yoxdur. Ayrılandan sonra da hər kəsin həyatını istədiyi insanla, istədiyi şəkildə davam etmək haqqı və şansı var. Yəni hər kəsin doğrusu, yanlışı ayrılıqda deyilməlidir. Yəni qadın saçının qırxılması və nümayiş etdirilməsi ilə haqsızlığa düçar olubsa, deyə bilmərik ki, onun xəyanət etməsinə də səbəb elə kişidir. Bütün hallarda burda qadının xəyanətinə dair hər hansı sübut yoxdur, olsa belə, bu, heç kimi maraqlandırmır. Bu, ailənin daxili işidir, ancaq təəssüf ki, həmin video sayəsindən artıq hər kəs bununla maraqlanır”.
Şəymən