Xəzərdə 230 vulkan var
05:55 09.02.2017
Arxiv
517
20 il əvvəl Cənubi Xəzərdə 170 palçıq vulkanının olduğu hesab edilirdisə, bu gün dənizdəki vulkanların sayı 230-a çatıb.
Sherg.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu AMEA-nın Geologiya və Geodeziya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.
İnstitut tərəfindən dünya palçıq vulkanlarının atlasının hazırlanması zamanı palçıq vulkanları ilə bağlı yeni məlumatların əldə edildiyini deyən A.Əliyev qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da aparılan elmi tədqiqatlar zamanı yeni vulkanlarla bağlı məlumatlar əldə edilir: "Vaxtilə - 20 il əvvəl Cənubi Xəzərdə 170 palçıq vulkanının olması deyilirdisə, bu gün onların sayı 230-a çatıb. Ola bilsin ki, gələcəkdə daha geniş məlumat öyrənildikdə bu say daha da artsın. Bizdə elə vulkanlar var idi ki, onların dəqiq adlarını bilirik. Amma elə vulkanlar da var ki, onların olduğu güman edilir”.
A.Əliyevin sözlərinə görə, Xəzərdə 8 ada vulkanı var ki, onlar da vulkan mənşəli, yəni vulkanların püskürməsi nəticəsində əmələ gəlib.
A.Əliyev qeyd edib ki, dünyadakı 2500 palçıq vulkanının 353-ü Azərbaycandadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol