Xəzərdə nə qədər balıq tutmaq olar? - Kvota açıqlandı
12:21 28.09.2018
Arxiv
752
Bu ilin yanvar ayından indiyə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili su hövzələrində 10 hüquqi və 126 fiziki şəxs üçün 1087 ton kilkə, 88,7 ton siyənək və 397,1 ton axçalı balıqların ovuna kvota ayrılıb və balıqovlama biletləri verilib.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Suğra İbrahimli deyib.
Onun sözlərinə görə, bu müddətdə sənədləri qaydasında olmadığı üçün 2 fiziki şəxsə etiraz olunub.
S.İbrahimli əlavə edib ki, balıq və digər su bioresurslarının sənaye ovuna kvota və balıqovlama biletinin alınması balıqçılıq haqqında qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə əsasən balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama bileti ödənişlidir və 1 il müddətinə verilir:
"Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 №-li Qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları”na görə balıq və digər su bioresurslarının sənaye ovuna kvota ayrılması və balıqovlama biletinin verilməsi proseduru 2 mərhələdən ibarətdir. 1-ci mərhələdə kvota alınması üçün balıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslər ərizə formasını doldurmalı, ov ediləcək yerləri göstərməli, kvotanın balıq növləri üzrə bölgüsünü və ov alətlərinin briqadalar üzrə bölgüsünü göstərməlidir. Eyni zamanda mülkiyyətində və icarəsində olan gəmi və ya qayığa istifadə hüquqlarını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilir və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə təqdim olunur. Kvota ayrılmasına razılıq verildikdən sonra kvotanın dəyəri departamentin bank hesabına ödənilir. Ödənişin məbləği hər balıq növü üzrə ayrıca hesablanır. Xariçi vətəndaşlar üçün məbləğ 2 dəfə artıqdır".
Nazirlik rəsmisi qeyd edib ki, 2-ci mərhələdə artıq kvotanı almış balıqçı mütləq qaydada ETSN-in rəsmi saytının elektron xidmətlər bölməsindən "Sənaye balıq ovuna balıqovlama biletlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” bəndində göstərilən ərizə formasını doldurur, tələb olunan sənədləri əlavə edir və 5 gün müddətində balıqovlama biletini ala bilir: "Əgər hər hansı balıqçı balıqovlama biletinin alınması ilə bağlı çətinliklə rastlaşarsa, departamentə və ya nazirliyin 168 nömrəli "qaynar xətt"inə müraciət edə bilər. Bütün prosedur şəffaf şəkildə elektron qaydada həyata keçirilir. Hazırda balıqovlama bileti almaq istəyən şəxslər üçün heç bir maneə yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol