"Başqa vacib məqam, 5 ölkənin konsensusla qəbul olunan hüquqi sənədin imzalanması Xəzərdə əməkdaşlığının daha da inkişaf etməsinə yeni imkanlar açmasıdır. Azərbaycan üçün də Xəzərin dibinin bölünməsi, təbii sərvətlərdən istifadə, ekologiya və logistika və naviqasiya, təhlükəsizlik məsələlərində yeni imkanlar yaranır. Azərbaycan artıq çoxdan bəri ikitərəfli müqavilələr imzalamaqla özü üçün müəyyən hüquqi baza yaratmışdı.
"Xəzərin hüquqi statusuna dair konvensiya Azərbaycan üçün yeni imkanlar yaradacaq" - Politoloq
17:20 13.08.2018
Arxiv
875
"Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanması Azərbaycan və digər bölgə ölkələri üçün çox əhəmiyyətlidir. İlk növbədə ona görə ki, region ölkələri arasında Xəzər dənizinin dibinin, su səthinin bölünməsi, həmçinin naviqasiya, logistika imkanları, müdafiə və təhlükəsizlik baxımından mümkün münaqişələr və fikir ayırıqlarına son qoyan sənəd imzlandı".
Bu barədə "Sherg.az"a politoloq -hüquqşünas Zaur İbrahimli bildirib.
O qeyd edib ki, bu sənəd regional təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə çox böyük töhfədir:
"Başqa vacib məqam, 5 ölkənin konsensusla qəbul olunan hüquqi sənədin imzalanması Xəzərdə əməkdaşlığının daha da inkişaf etməsinə yeni imkanlar açmasıdır. Azərbaycan üçün də Xəzərin dibinin bölünməsi, təbii sərvətlərdən istifadə, ekologiya və logistika və naviqasiya, təhlükəsizlik məsələlərində yeni imkanlar yaranır. Azərbaycan artıq çoxdan bəri ikitərəfli müqavilələr imzalamaqla özü üçün müəyyən hüquqi baza yaratmışdı. Həmçinin Bakı hər dəfə Xəzərdə regiondan kənar hərbi qüvvələrin yerləşdirilməsi əleyhinə olduğunu bəyan etməklə bölgənin aparıcı ölkələrinin narahatlıqlarını anladığını bildirmişdi. Faktiki olaraq, Azərbaycan ikitərəfli müqavilələr və razılaşmalarla artıq qəbul olunan konvensiya üzrə konsensus əldə olunması üçün çox iş görmüşdü. Konvensiya ilə bağlı qeyd edim ki, çox uzun müzakirələrdən sonar konsensus əldə olundu. Konsensus bütün tərəflərin müəyyən güzəştlərə getməsini nəzərdə tutur.
Əks halda bu sənəd imzlanmazdı. Amma ən başlıcası budur ki, Azərbaycanın əsas maraqları nəzərə alınıb. Bu da Xəzərin dibinin milli sketorlara bölünməsidir. Bakı üçün bu çox əhəmiyyətlidir və faktiki olaraq, ölkəmiz üçün əhəmiyyət kəsb edən neft və qaz yataqları olan sektorlara sahiblik suveren hüquq kimi tanınıb. Azərbaycan bundan sonra neft-qaz sektoruna daha əlverişli şərtlərlə investorlar cəlb edəcək. Çünki bundan əvvəl müəyyən risklərin olması bəhanə gətirilə bilərdisə, indi bu, mümkün olmayacaq".
Şəymən
.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq