Xəzərin statusu haqqında Konvensiya regionda təhlükəsizliyi gücləndirəcək
14:05 13.08.2018
Arxiv
621
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın 20 ildən çox davam edən müzakirələrdən sonra imzalanması beş Xəzəryanı dövlətin hər biri üçün mühüm hadisəyə çevrildi.
Bunu Trend-ə Nəqliyyat sahəsində əməkdaşlıq proqramının (TRACECA) Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib.
Onun sözlərinə görə, bu saziş Xəzəryanı ölkələr arasında logistikanın inkişafı və bu sahədə əməkdaşlığın genişlənməsi üçün yeni perspektivlər açacaq:
"Xəzər dənizi Azərbaycanı Mərkəzi Asiya ilə əlaqələndirdiyi üçün çox böyük əhəmiyyət daşıyır. Xəzər vasitəsilə bir tərəfdən Azərbaycan, digər tərəfdən Qazaxıstan və Türkmənistan arasında böyük həcmdə tranzit daşımaları həyata keçirilir. Bundan başqa, Xəzər vasitəsilə Çindən Avropaya göndərilən yüklər keçir. Bu baxımdan Xəzəryanı ölkələr arasında qarşılıqlı fəaliyyət hər zaman yüksək səviyyədə olub, Konvensiyanın imzalanması isə tranzit yükdaşımaları üçün daha böyük imkanlar və perspektivlər yaradacaq”.
A.Mustafayev bildirib ki, digər tərəfdən Konvensiyanın imzalanması indiyədək icrası mümkün olmayan bir sıra perspektiv layihələri reallaşdırmağa imkan verəcək:
"Bu sənəd gələcəkdə Türkmənistan və Qazaxıstandan iri qaz həcmlərini Xəzərin dibi ili nəql etməyə imkan verəcək ki, daha sonra həmin qaz TANAP və TAP boru kəmərləri vasitəsilə Türkiyə və Avropa ölkələrinə çatdırılacaq. Əvvəl bu cür boru kəmərinin tikintisi mümkün deyildi, amma sazişin imzalanmasından sonra maneələr demək olar ki, qalmayıb. Beləliklə, Konvensiyanın imzalanması təkcə Azərbaycan üçün yox, həm də Türkmənistan və Qazaxıstan üçün bpyük iqtisadi perspektivlər yaradır. Bir sözlə, Konvensiyanın imzalanması bütün növ yükdaşımaların artmasına, regionda təhlükəsizliyin güclənməsinə, eləcə də Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq”.
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.
Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq