Türkmənistan prezidenti uzaqgörən siyasətçi kimi anlayır ki, regional layihələrdən, inkişaf tendensiyasından kənarda qalmaq ölkənin iqtisadiyyatına müsbət təsir etmir. Ölkənin qapalı olması Türkmənistana yüngüllük gətirmədi. Ona görə, bu dövlət də mövqeyini yumşaltdı, Azərbaycanla bağlı fikirlərinə də düzəliş etdikdən sonra yekun razılaşmanın imzalanmasına şərait yarandı.
"Xəzəryanı dövlətlərin əməkdaşlığı müsbət nəticələr vəd edir”- Politoloq
14:25 09.08.2018
Arxiv
856
"Əslində Xəzərin hüquqi statusunun asılı vəziyyətdə qalması bir çox problemlərin həllinə mane olmurdu”.
Bu barədə "Sherg.az”a avqustun 12-də baş tutacaq sammit haqqında proqnozlarını səsləndirərkən politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, "Cənub üçlük” arasında mövcud olan gərginlik iqtisadi məsələlərə də təsir göstərirdi:
Xəzərin hüquqi statusunun asılı qalması, İran və Türkmənistanın iddiaları regionda geosiyasi şəraiti ağırlaşdırırdı. Həmçinin gələcək planlarla bağlı qeyri-müəyyən mənzərə yaranırdı. Ona görə, artıq Xəzərin hüquqi statusunun müəyyən olunması daha da ciddi məsələyə çevrildi. Türkmənistan və İranın mövqeyində dəyişiklik etməsi ilə bu problem həllini tapdı.
Türkmənistan prezidenti uzaqgörən siyasətçi kimi anlayır ki, regional layihələrdən, inkişaf tendensiyasından kənarda qalmaq ölkənin iqtisadiyyatına müsbət təsir etmir. Ölkənin qapalı olması Türkmənistana yüngüllük gətirmədi. Ona görə, bu dövlət də mövqeyini yumşaltdı, Azərbaycanla bağlı fikirlərinə də düzəliş etdikdən sonra yekun razılaşmanın imzalanmasına şərait yarandı.Ola bilər, gələcəkdə də Xəzəryanı dövlətlər arasında müəyyən narazılıqlar olsun. Bu, qonşuluq münasibətlərində normaldır. Ancaq Xəzərin hüquqi statusu ilə bağlı çətinliklər, yandırılmış "qırmızı işıq” demək olar, aradan qaldırıldı. Konvensiyanın imzalanması qlobal əməliyyatlarda, Çinin təklif etdiyi "Dəmir İpək Yolu layihəsi”ndə mühüm rol oynayacaq. Digər regionla layihələrin genişləndirilməsində də Xəzəryanı dövlətlərin əməkdaşlığı müsbət nəticələr vəd edir”.
Qeyd edək ki, avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının V sammiti keçiriləcək. Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı gözlənilir.
Bundan əvvəl avqustun 11-də isə Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası baş tutacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial