XİN Bakının azad olunmasının 100 illiyi ilə bağlı bəyanat yaydı
10:58 15.09.2018
Arxiv
637
Bu gün Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni daşnak və bolşevik qüvvələrindən azad olunmasının 100 illiyi qeyd edilir. Bu əlamətdar tarixi hadisənin yüzilliyi münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Bakıda təntənəli tədbirlər, iki qardaş ölkənin silahlı qüvvələrinin birgə keçidləri təşkil olunacaq.
Bunu bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O xatırladıb ki, I Dünya müharibəsinin çətinliklərinə baxmayaraq, bu gərgin və keşməkşli bir zamanda qardaş türk xalqı paytaxt Bakı və digər şəhər və rayonların işğalçılardan azad edilməsində yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinə dəstək olub:
"Erməni daşnak və bolşevik qüvvələrinin işğalı altında Bakı şəhərində və ətraf ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı amansız qətliamlar, o cümlədən 1918-ci ilin martında məlum mart qırğınları törədilmişdi. Bakının azad edilməsi ilə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi, AXC-nin ərazi bütövlüyünün bərpa edilməsi və Bakı və ətraf rayonlarda yaşayan mülki əhalinin təhlükəsizliyi təmin edildi”.
H. Hacıyev qeyd edib ki, Ermənistan 1918-1920-ci illərin hadisələrin nəticə çıxarmayaraq, keçən əsrin sonlarından başlayaraq revizionist, destruktiv və işğalçı siyasətini yenidən başlamış və bu gün də bu siyasət davam etməkdədir:
"1918-1920-ci illərdə olduğu kimi Ermənistan yürütdüyü bu destruktiv siyasətinə, qonşu dövlətlərə qarşı ərazi iddiaları və başladığı müharibəyə görə özünü təcrid vəziyyətindədir. Ulu öndər Heydər Əliyevin "Bir Millət, İki Dövlət” kəlamını rəhbər tutaraq, Azərbaycan və Türkiyənın tərəfdaşlığı qardaşlıq prinsipləri əsasında günbəgün daha da güclənir, nümunəvi xarakter daşıyır, regionda və onun hüdudlarından kənarda dayanıqlı inkişafa, çiçəklənməyə, sülhə və sabitliyə xidmət edir. Bu tarixi əlamətdar gündə Qafqaz İslam Ordusunun sıralarında şücaətlə və çiyin-çiyinə döyüşərək paytaxt Bakını və ölkəmizin digər rayonlarını işğalçılardan azad etmiş Azərbaycan və qardaş Türk əsgər və zabitlərinin, şəhidlərin əziz xatirəsini hörmət və ehtiramla yad edir və Allahdan onlara rəhmət diləyirik!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol