XİN: Ermənistan rəhbərliyi hərbi təxribatlara əl ataraq, odla oynamaqda davam edir
08:35 15.09.2018
Arxiv
600
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribatlar törədib. Ermənistan-Azərbaycan sərhədi boyunca Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqeləri və dinc sakinlər ağır silahlardan atəşə tutulub, sakinlərin əmlakına və mülki infrastruktura ziyan vurulub".
"Sherg.az" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, mənəvi və beynəlxalq humanitar hüquq normalarına ziddi şəkildə mülki insanların və obyektlərin qəsdən hədəfə alınması Ermənistan silahlı qüvvələri üçün ənənəvi xarakter daşıyır və asimmetrik taktika olaraq döyüş hazırlığının tərkibinə daxil edilib: "2016-cı ilin aprelində də Ermənistanın qəsdən və hədəflənmiş şəkildə qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə tutması vəziyyətin gərginləşməsinə və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri tərəfindən əks-həmlə tədbirlərinin görülməsinə səbəb oldu.
Ölkə daxilində ciddi problemlərlə və hakimiyyət davası ilə üzləşən Ermənistanın rəhbərliyi siyasi demaqogiya və hərbi təxribatlara əl ataraq, odla oynamaqda davam edir və vəziyyətin qəsdən gərginləşdirilməsinə çalışır. Ermənistan silahlı qüvvələrinin siralarında olan "keçmiş qvardiyaçılar” da vəziyyətin gərginləşdirilməsi üçün təhrikçi rol oynamaqda davam edirlər.
Ermənistan rəhbərliyi nəhayət reallığı dərk etməlidir ki, Azərbaycan vəziyyətin daim bugünkü formada davam etməsinə heç vaxt imkan verməyəcək.
Azərbaycanın BMT Nizamnaməsi əsasında ayrılmaz hüquqlarında istifadə edərək atmalı olacağı addımların məsuliyyəti isə tam şəkildə Ermənistanın üzərinə düşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol