Xocalı soyqırımı haqqında "Dəhliz" filmi çəkilib
12:25 10.02.2017
Arxiv
452
Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində faciədən bəhs edən "Dəhliz" filmi nümayiş olunacaq.
APA-nın xəbərinə görə, filmin rejissoru 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə ermənilərin Xocalıda törətdiyi soyqırımı zamanı əsir düşən və xilas olan Elmar Məlikovdur.
Heydər Əliyev Fondunun vitse-prezdenti Leyla Əliyevanın dəstəyi ilə çəkilmiş və ötən il premyerası Heydər Əliyev Mərkəzində təqdimatı keçirilən "Cəhənnəmi görmüş pilot” filminin rejissoru da Elmar Məlikov olub.
Filmin üzərində jurnalistlər Ceyhun Əsgərov və Vüsalə Məmmədova çalışıb.
Ekran əsərinin ssenarisi şahid ifadələri üzərində qurulub. Qeyd olunur ki, Xocalı soyqırımı zamanı ermənilər dinc əhalinin oradan çıxması üçün bir dəhliz belə verməyib. Şahidlər bildirirlər ki, 13 yaşlı qızın dərisini soyan adam heç kimə sağ qalması üçün dəhliz verməzdi.
Xatırladaq ki, 1992-ci ildə fevral ayının 25-dən 26-a keçən gecə ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 76-sı uşaq 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət