"Xoşqədəm xanımın Rusiyadan tapıb gətirdikləri “bomj”lardır" - İDDİA




"Xoşqədəm Hidayətqızının xətrini çox istəyirəm, amma verilişi düzgün aparmırdı”.

Sherg.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. O bildirib ki, ATV telekanalında yayımlanan "Səni axtarıram” verilişində ekspert kimi çıxış etdiyi vaxtlarda verilişi tənqid edib: 

"Mənim tənqidlərimi də efirdən kəsib. Ona görə acıq edib, verilişdən getdim. Bundan sonra X. Hidayətqızı hər gün mənə zəng etdi. Aparıcı verilişi düzgün aparmır. 

Rusiyaya gedənlərin çoxu 1990-cı illərdə gedib. Vətəni, dövləti sevməyən şəxs anasını sevə bilməz, vallah sevə bilməz. Biz qadınımıza namus demişik. Vətən gedirsə, geridə nə qalır ?

Mən ona deyirəm ki, xanım, Rusiyadan tapıb gətirdikləri "bomj”lardır. Onlar hamısı müharibədən qaçıb, fəraridirlər. Qaçan şəxsləri ölkəyə gətirmək nəyimizə lazımdır ? Həmin adamlar bizim vətəndaşımız ola bilməz. Vətəni pis gündə atıb gedən oğullar, anasını sevə bilməz. !