Yanğında ölən uşaq məşhur iş adamının oğlu imiş - YENİLƏNİB




İyulun 9-da Cəlilabad rayonunda fərdi yaşayış evinin yanması nəticəsində tüstüdən boğularaq ölən 7 yaşlı Hüseyn Əliyev məşhur iş adamının oğlu imiş.

Sherg.az Lent.az-a istinadən verdiyi xəbərə görə, vəfat edən H.Əliyevin atası Əliyar Əliyev "Woodpecker” mebel fabrikinin sahibidir. Onun 2 qızı və 1 oğlu olub. Hüseyn isə evin ən kiçik uşağı olub.
Qeyd edək ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb
9 iyul
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Lent.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğının başvermə səbəbləri araşdırılır.