"Yarmarkalar yalnız bayramlarda yox, daim təşkil olunmalıdır"

Natiq Cəfərli:“Daimi mexanizm yaradılmalıdır ki, fermerlər, kənd təsərrüfatı ilə məşğul olan şəxslər birbaşa satış imkanları əldə etsinlər"


"Yarmarkaların təşkil edilməsi daimi mexanizm olmalıdır”.

Bu barədə "Sherg.az”a bayramlar ərəfəsində insanların daha ucuz qiymətə ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi üçün yaradılan yarmarkaların necə təşkil edilməsindən danışarkən iqtisadçı - ekspert Natiq Cəfərli bildirib. 

Onun qənaətincə, bayramdan-bayrama, görüntü üçün, yuxarıdan gələn tapşırığın yerinə yetirilməsi adına yarmarkalar təşkil edilməməlidir:

"Daimi mexanizm yaradılmalıdır ki, fermerlər, kənd təsərrüfatı ilə məşğul olan şəxslər birbaşa satış imkanları əldə etsinlər. Bu, çox vacibdir. Çünki həmin məhsulların birbaşa bazara çıxış imkanları olduqda həm qiymətlərə müsbət təsir edir, həm də belə situasiyanın yaranması fermerlərin öz işlərini planlaşdırmasında önəmlidir. Sabit satış platformasının olması inflyasiyanın qarşısını ala bilər. Lakin bu həyata keçirilmir. Çox qısamüddətli, bayramdan bayrama, görüntü xatirinə yarmarkalar yaradılır. Bunun effektini isə görmürük”.

Aysel Aslan