“Yeni Çağ” və “Qızılbaş” “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu
Turan
15:46 28.03.2020
Arxiv
833
“Yeni Çağ” Media Qrupu və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub.
"Sherg.az"ın xəbərinə görə, bunu “Yeni Çağ” Media Qrupunin baş direktoru, “Qızılbaş” GMİB sədri Aqil Ələsgər elan edib.
O, bildirib ki, media qurumu və İctimai Birlik olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı kampaniyasına qoşulurlar:
“Bu gündən “Yeni Çağ” Media Qrupu və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşuluruq. İnanıram ki, həmişə ölkəmizin milli maraqlarını ön planda tutan QHT-lər və tərəfdaş qurumlarla birgə ölkəmizi ciddi şəkildə təhdid edən Koronavirusla mübarizədə bütün resursları səfərbər edərək Şuranın başlatdığı layihəni dəstəkləyəcək, xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə