Yeni dəyişikliklər bu il qəbul imtahanlarına şamil edilməyəcək




Aprelin 27-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclası keçirilib. "Sherg.az"ın AMEA-nın saytına istinadən məlumatına görə, tədbirdə Akademiyanın vitse-prezidenti, İşçi qrupunun sədri, akademik İsa Həbibbəyli yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər barədə məlumat verib. Bildirib ki, dəyişikliklər Azərbaycan dilinin öz qaydalarına əsaslanıb və bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək.

İşçi qrupu öz işini yekunlaşdıraraq Orfoqrafiya Komissiyasına təqdim edib.


Qeyd edək ki, dörd ay müddətində komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupu mütəmadi iclaslar keçirərək, orfoqrafiya qaydalarını müzakirə edib. İşçi qrupunda tanınmış dilçi alimlər təmsil olunub.