Yeni doğulan körpə xəstəxanadan çıxdı və qulağı qopdu

İzmirin Menderes qəsəbəsində məskunlaşan Kərəm Sarıoğlu ilə birlikdə yaşayan İngiltərə vətəndaşı Hannah Luis Jackson, keçən ayın 7-də Aydının Kuşadası qəsəbəsində xüsusi bir xəstəxanada ikinci uşağını dünyaya gətirib. Tənəffüs problemi səbəbiylə uşaq İzmirdəki xüsusi bir xəstəxanaya sövq edilib. 
 Doğuşdan sonra bədənində heç bir problem olmayan körpələrini qucaqlarına alan cütlük, böyük xoşbəxtlik yaşayıb. Ancaq onların xoşbəxtliyi uzun sürməyib. Teymur adı verilən körpə, tənəffüs problemi olduğuna görə müalicə üçün təcili yardımla İzmirdəki  xüsusi bir xəstəxanaya aparılıb.
12 GÜN SONRA EVƏ DÖNDÜLƏR...
Körpəsini İzmirdə saxlayan ata Sarıoğlu, Kuşadasındakı xəstəxanada yatan həyat yoldaşının yanına dönüb. İzmirdəki xüsusi xəstəxanada 12 gün müalicə olunan körpələrinin bu müddətdə onlara heç göstərilmədiyini iddia edən cütlük, xəstəxanadan buraxılan Teymur götürüb evə dönüblər. Ancaq  bu zaman gördükləri mənzərədən şok olublar. Doğum zamanı sağ-salamat olan talehsiz körpənin sağ qulağında yara olduğunu fərq edir. Cütlük uşağın  bezini dəyişdirmək üçün altını açandaikinci şoku yaşayır. Cütlük, iddiaya görə körpələrinin oturacağında da yara görür.
Körpənin qulağının bir hissəsi yara bağladığına görə bir müddət sonra qopur. Körpənin yaralarının İzmirdə xəstəxanada yarandığını irəli sürən cütlük, vəkilləri Didem Koparanın vasitəsilə prokurorluğa müraciət edir.
Müvəkkili və həyat yoldaşının, günlərlə körpələrindən ayrı qaldığını deyən vəkil, xəstəxana səlahiyyətlilərinin müxtəlif bəhanələrlə körpəni göstərmədiyini iddia edib. 
Körpənin qulağına tətbiq olunan müalicə üçün heç bir göstəriş yazılmadığını bildirən vəkil Didem Koparan, vəziyyəti belə izah edir:
"Yəni körpənin qulağına müalicə yazılmayıb. Əksinə, sanki xəstəxana qulağın qopmasına səbəb olub. Bəlkə də yara zamanında müalicə olunsaydı, körpə ilə maraqlanılsaydı bu gün qulağı qopmayacaq və ömürünün sonuna qədər bu qüsurla yaşamaq məcburiyyətində qalmayacaqdı. Ayrıca ana başqa bir xəstəxanada yatmasına baxmayaraq, 'ana südü sağılması' adı altında 2 min 454 lirə ödəniş də gəlib. Körpəsini 12 gün qucağına ala bilməyən bir anaya olmadığı bir tarixdə necə faktura kəsilir, bunu anlamırıq. Körpənin gerçəkdə ən çoxu üç gün içərisində tənəffüs problemi həll olunub, ancaq xəstəxana tərəfindən uşaq gözlədilib. Bunun səbəbi isə qulağına verilən zərərdir. Bu vəziyyəti ailədən gizləmək üçün körpə daha çox xəstəxanada yatırılıb. Müvəkkilim, laqeydliyi olanlardan və alınan qeyri-qanuni hesabdan ötəri şikayətçidir."
Prokurorluq şikayət ərizəsini götürüb, əməliyyata başlayıb. Vəkil, xəstəxana səlahiyyətliləri haqqında təzminat iddiası da açacaqlarını söyləyib.