Yenicə doğulmuş qız uşağını küçəyə atdılar – Çox ac qalıb - Foto

Fransanın Alzas əyalətində ötən həftənin şənbə günü gecə saat 23:45-də "Le Pastoral" restoranının qarşısında yeni doğulmuş körpə qız uşağı tapılıb.
"Sherg.az” "lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə "Dernières nouvelles d'Alsace” qəzeti məlumat yayıb. Məlumatda qeyd olunur ki, çəkisi 2,2 kq olan körpə paltara bükülmüş formada yerə bir avtomaşının yanına qoyulub. Restorandan çıxan bir müşəti onu görüb. 
Əvvələ o "Burada pişik balası var”deyə qışqırıb. Daha sonra restorandan 4 nəfər çıxaraq ona baxıblar ki, o pişik balası yenicə doğulmuş qız uşağıdır.
Körpəni Strazburqdakı tibb müəssisəinə aparıblar və pediatr onun sağlıq durmunun qaydasında olduğunu söyləyib: Uşaq ana qayğısı görməyib və çox ac qalıb”.
Bundan sonra Fransa polisi hərəkətə keçərək onun anasının axtarışına başlayıb.
Tərcümə etdi: Ayyət Əhməd