Yevlaxda azyaşlı Yuxarı Qarabağ kanalına düşüb




Yevlax rayonunda azyaşlı kanala düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu, Aran qəsəbəsində bir azyaşlının Yuxarı Qarabağ kanalına düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.