Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, İcra Hakimiyyətlərinə yolların çəkilməsi, səkilərin düzəldilməsi ilə bağlı maliyyə ayrılır. Sadəcə ayrılan maliyyədən düzgün istifadə olunmadığı üçün həmin yolların, səkilərin təkrar sökülüb-tikilməsinə ehtiyac yaranır:
Yollar çəkiləndə bütün şərtlər nəzərə alınmalıdır
09:25 17.08.2018
Arxiv
1444
Dövlət Maliyyə Nəzarəti Xidmətinin aşkar etdiyi faktlara görə, bəzi rayonlarda səbəb göstərilmədən, ehtiyac olmadığı halda söküntü və təmir işləri aparılır.
Aparılan yoxlamalarla müəyyən edilib ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə işi aparılmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı halda onların üzərindən yenidən təmir işləri aparılır və bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına gətirib çıxarır.
Eyni zamanda, araşdırmalar zamanı yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan xidmət qurumlarında uçot və hesabat işlərinin lazımi səviyyədə təşkil edilmədiyi, təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələrin verilmədiyi, yəni onların uçotda əks etdirilməsinin təmin olunmadığı, balans hesablarının analitik uçotunun aparılmadığı, bəzi hallarda isə əsas vəsaitlərə köhnəlmələrin hesablanmadığı müəyyən edilib.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, İcra Hakimiyyətlərinə yolların çəkilməsi, səkilərin düzəldilməsi ilə bağlı maliyyə ayrılır. Sadəcə ayrılan maliyyədən düzgün istifadə olunmadığı üçün həmin yolların, səkilərin təkrar sökülüb-tikilməsinə ehtiyac yaranır: "Xatırlayırsınızsa, səkilərdə hündür qranit "bardyur”lar qoymuşdular. Bu isə əlilliyi olan şəxslərin, uşaq arabası ilə hərəkət edən analar, ahıl insanlar üçün problemlər yaradırdılar. Ancaq son vaxtlar Bakı Nəqliyyat Agentliyi bu problemi aradan qaldırmaqla məşğuldur. Halbuki, vaxtında minimal xərc çəkməklə relyefli plitələr və pandus qoyulmalı idi. Hansı ki, indi bu addımı BNA həyata keçirir və təqdirəlayiq bir haldır. Çünki bu problem əlil arabasında gəzmək məcburiyyətində qalan insanların narazılığına səbəb olurdu. Paytaxt küçələrində əlillərin evlərindən çıxıb başqa bir ünvana sərbəst getməsi üçün şərait yoxdu. Bu arabalarla nə səkilərdən küçəyə keçmək, nə yeraltı keçidlərdən keçmək mümkün deyil. Bunların düzəldilməsi üçün gərək yeni təmir olunan və tikilən yollar, körpülər, piyada keçidləri təzədən sökülsün. Sifarişçi dövlət qurumu və tikinti işini həyata keçirən şirkət bu məsələni əvvəldən nəzərə alsa, BNA bu əziyyətə düşməz, dövlət büdcəsindən əlavə vəsait ayrılmazdı”.
Konkret rayonlara gəldikdə isə Liqa sədri deyib ki, icra başçıları fikirləşmədən, heç bir təşəbbüs irəli sürmədən söküntü-tikinti işləri barəsində göstəriş verirlər.
Hansısa bir parkda nəsə xoşuna gəlmədisə, detallarına varmadan həmin ərazini yenidən smetaya daxil edir və dövlət büdcəsindən vəsait cəlb etməklə yenidənqurma işləri aparır. Halbuki, həmin vəsaitə başqa bir ərazidə yeni park da salmaq olar.
S.Məmmədovun sözlərinə görə, tikinti işləri keyfiyyətsiz aparıldığı üçün qısa müddətdə istifadəyə yararsız olur. Rayona yeni təyin olunan icra başçısı da bunu görən kimi yenidən təmir etməyə başlayır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə