Ekspert hesab edir ki, summativlərin əvəzinə yeni qiymətləndirmə növü müəyyənləşdirilməlidir
Yoxsa oxumayacaqlar...
08:09 04.01.2019
Arxiv
545
"Şagirdin bilik və bacarığı mütləqdir ki, ölçülsün"
Ekspert hesab edir ki, summativlərin əvəzinə yeni qiymətləndirmə növü müəyyənləşdirilməlidir
Ekspert hesab edir ki, summativlərin əvəzinə yeni qiymətləndirmə növü müəyyənləşdirilməlidir
Azərbaycanda ümumtəhsil müəssisələrinin I siniflərində kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmə (BSQ) ləğv olunub. Təhsil naziri Ceyhun Bayramovun qərarına əsasən, I sinifdə summativ qiymətləndirmə aparılmayacaq. II-III siniflərdə isə böyük summativ qiymətləndirmə keçirilməyəcək.
Xatırladaq ki, BSQ ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda aşağıda sadalanan fənlər üzrə aparılırdı.
Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür. KSQ II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Summativlərin ləğvi ibtidai siniflərdə dərs yükünün azaldılmasına hesablanıb.
I siniflərdə KSQ və BSQ-lərin ləğvini birmənalı qiymətləndirməyən təhsil eksperti Kamran Əsədovun açıqlamasına görə, təhsil sisteminin keyfiyyətinə görə dünyada ön sıralarda yer alan ölkələrin heç birində ibtidai sinif şagirdlərinin bilikləri yoxlanılmır. Onun sözlərinə görə, bu ölkələrin heç birində IV-V siniflərə qədər şagirdlərin imtahana cəlb olunması təcrübəsi yoxdur.
Bununla belə ekspert Azərbaycanda ibtidai sinif şagirdlərinin biliyinin yoxlanılmasını labüd hesab edir. Əks halda o bizim şagirdlərin oxumayacağını deyib. Yəni dərslərinə qarşı inamlı olmayacaqlar, yaxşı hazırlaşmayacaqlar.
Ekspert hesab edir ki, summativlərin əvəzinə yeni qiymətləndirmə növü müəyyənləşdirilməlidir:
"Şagirdin bilik və bacarığı mütləqdir ki, hər hansı bir şəkildə ölçülsün və nailiyyətlər qiymətləndirilsin. Şagirdlərdə əlavə məsuliyyət yaratması baxımından bu imtahanlar çox önəmlidir. Şagird nailiyyətlərinin müntəzəm izlənməsinə şərait yaradan əsas amildir. Mütləq deyil ki, bu imtahanlar ancaq test imtahanı kimi olsun. Müxtəlif qiymətləndirmə vasitələri var. Qiymətləndirmə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, məktəb, qrup və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır. Elə bir məktəbdaxili qiymətləndirmə növü tərtib edilməlidir ki, onun vasitəsilə şagirdlərin təkcə biliklərini deyil, həm də bacarıqlarını qiymətləndirmək mümkün olsun. Amma əvvəlcə ibtidai sinif şagirdləri üçün tərtib olunmuş dərsliklərin sadələşdirilməsi istiqamətində də real addımlar atılmalıdır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol