“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı
15:57 17.05.2021
Arxiv
557
"Yüksəliş" müsabiqəsinin İşçi qrupu əyani mərhələni uğurla başa vuran 728 iştirakçısının məlumat (CV) bazasını yaradıb. Məlumat bazasının hazırlanmasında məqsəd iştirakçılara yeni karyera imkanlarının yaradılmasında köməklik göstərmək, onlara müvafiq iş istiqamətlərində dəstək olmaqdır.
728 iştirakçıdan 630-u kişi, 98-i qadındır. İştirakçıların böyük əksəriyyəti yerli ali təhsil müəssisələrində, 45 nəfəri bakalavriat, 105 nəfəri magistratura səviyyəsi üzrə xaricdə təhsil alıb. İştirakçılar arasında 16 fəlsəfə doktoru, 1 elmlər doktoru, 4 dosent, 1 professor var. 510 nəfər müxtəlif dövlət və özəl qurumlarda rəhbərlik təcrübəsinə malikdir, onlardan 73 nəfəri 10 ildən artıq, 5 nəfəri isə 20 ildən çoxdur rəhbər vəzifələrdə çalışır.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi hazırda 309 iştirakçısı ilə birgə yarımfinal mərhələsinə hazırlığını davam etdirir. Hazırlıq çərçivəsində iştirakçılar üçün onlayn görüşlər və ekspertlər qrupu ilə birlikdə təlimlər təşkil olunur. Bu görüşlərin keçirilməsində məqsəd yarımfinalçıların bir-birilərini və müsabiqə təşkilatçılarının iştirakçıları yaxından tanıması, onların bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda, yarımfinal mərhələsinə hazırlığını təmin etməkdir. Yarımfinalda iştirakçıların idarəçilik bacarıqları yoxlanılacaq və bu mərhələ 3 gün davam edəcək. 100-ə yaxın iştirakçı final mərhələsinə keçmək hüququ qazanacaq.
"Yüksəliş" müsabiqəsi Prezident cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat