Yuxudagəzən uşaq donmuş halda tapıldı





 Rusiyada yaşayan 4 yaşlı yuxudagəzən uşaq, küçəyə çıxaraq mənfi 20 dərəcədə donaraq həyatını itirib. Sherg.az rus mediasına istinadən xəbər verir ki, š ™Rusiyanın Krasnoyarsk bölgəsində, səhər saat 6 radələrində oyanan 27 yaşlı ana, oğulunun yatağında olmadığı və qapının açıq olduğunu fərq edib, onu axtarmaq üçün çölə çıxıb.

Maria adlı qadın, ayaq izlərindən oğulunu getdiyi yerə çatıb və  uşağı üzərində yalnız alt paltarında donmuş halda tapır. Boqdan adlı uşağın əvvəl də yuxu halda qonşularının evlərinə girdiyi ifadə edilir. Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.