Zakir Həsənov Rusiyaya gedib






Avqustun 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya yollanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə işgüzar səfərə gedib.