Zəhranın öldürülməsi ilə əlaqədar yürüş təxirə salındı - YENİLƏNİB
17:13 05.07.2017
Arxiv
591
İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar üç səfirliyin qarşısında keçirilməsi nəzərdə tutulan yürüş təxirə salınıb.
Sherg.az xəbər verir ki, bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Xəbər verildiyi kimi, bir sıra gənclər təşkilatı 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə bağlı yürüş keçirmək arzusunda olduqlarını bildirmişdi.
Gənclər təşkilatları ilə bu gün keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslardan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terrorizm aktlarını, azərbaycanlılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir.
Bu səbəbdən gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salınmasına qərar verdilər", - deyə nazirlikdən qeyd olunub.
------------
15:12
Sabah 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar yürüş keçiriləcək.
Milli.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən lent.az-a verilən məlumata görə, yürüş çoxsaylı gənclər təşkilatları tərəfindən təşkil edilir. Yürüşə "Bridge Plaza"dan start veriləcək.
Yürüş Minsk qrupunun həmsədr ölkələrinin səfirliklərinin qarşısından keçməklə təşkil ediləcək. Yürüş iştirakçıları saat 11.00-da Rusiya səfirliyinin, 11:20-da ABŞ səfirliyinin, 12:00-da isə Fransa səfirliyinin qarşısından keçəcəklər.
Nazirlik bütün gəncləri aktiv olmağa çağırır.
Qeyd edək ki, Zəhra ötən gecə erməni işğalçılarının Füzulinin Alxanlı kəndini ağır silahlarla atəşə tutması nəticəsində dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya