Zəif banklar sıradan çıxmalıdır
19:38 15.09.2016
Arxiv
604
Oqtay Haqverdiyev: “Azərbaycanda 15-17 sanballı bank olsa, optimal bank sistemi yaratmaq olar”
Azərbaycanın bank sistemi dərindən monitorinq olunmalıdır. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə açıqladığı proqnozda deyilir. Fondun rəhbərliyi hesab edir ki, qeyri-səmərəli bankların bağlanması müsbət haldır və maliyyə sektorunun dayanıqlılığına dəstək olmaq üçün atılan addımlar davam etdirilməlidir.
BVF rəsmiləri tənzimləyiciləri böyük bankın özəlləşdirilməsi məqsədilə restrukturizasiya prosesini davam etdirməyə, bank sisteminin digər iştirakçılarının da problemlərini həll etməyə çağırıb.
BVF-nin çağırışını dəyərləndirən Oqtay Haqverdiyev "Şərq”ə bildirib ki, bank sistemi ölkəni qane etmirsə, bununla bağlı siyasət dəyişməlidir: "BVF-nin Azərbaycanda monitorinq keçirməsinin heç bir zərəri yoxdur. Onlar bu monitorinqi keçirməlidirlər və hökumətə də deməlidirlər ki, bu sistemi işlətmək üçün filan işləri görmək lazımdır. Bu, vacibdir. İndiki məqamda hökumət tərəfindən elə bir effektli addım atılmayıb ki, bank sistemi normal vəziyyətə gəlib çatsın. Əlbəttə, BVF-nin məlum açıqlaması bizim xeyrimizədir”.
Ekspertin fikrincə, Azərbaycanda bankların sayı 15-17-dən çox olmamalıdır: "Bir də ki, nizamnamə kapitalı 50 milyondan çox olmalıdır. Çünki 50 milyon azdır. Bu, 200-250 milyon olmalıdır. Onda bankların özünün maliyyə sistemində olan problemlərini həll etməyə imkanı, gücü olacaq. 50 milyonu olan 5-6 bankımız var. Amma Beynəlxalq Bankın nizamnamə kapitalı 7000 milyondur. Demək istəyirəm ki, zəif banklar aradan götürülməlidir. Onlar ayaq altında qalıblar. Zərərindən başqa da heç bir xeyri yoxdur. İnsanlar gedib, ora pul qoyurlar və sonradan bank həmin pulları qaytara bilmir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda 15-17 sanballı bank olsa, optimal bank sistemi yaratmaq olar”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm