
Zirəddin Rzayev məşhur qadının sirli ölümünün üstünü açdı
23:22 12.07.2018
Arxiv
847
Azərbaycanlı ekstrasens evinin yanında cəsədi tapılan məşhur şounun iştirakçısı Anastasiya Tarasyuk haqqında fikir bildirib
Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Andrey Malaxovun "Birbaşa efir" ("Прямой эфир") verilişinin qonağı olarkən rusiyalı oliqarxın sevgilisi, "Dom-2" realiti şousunun sabiqi iştirakçısı Anastasiya Tarasyukun ölüm səbəbini açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, verilişin yazısı "Rossiya 1" telekanalının "Youtube" hostinqində yerləşdirilib. Bu dəfə Andrey Malaxov öz verilişində iyunun 22-i cəsədi Moskvada yaşadığı elit yaşayış komplekslərinin həyətində tapılan Anastasiya Tarasyukun sirli ölümünün üstünü açmağa qərar verib. Şounun qonağı olan Zirəddin Rzayev vurğulayıb ki, gənc qızın şou əməkdaşları tərəfindən ona verilən bütün şəkillərini nəzərdən keçirib.

"Ola bilsin ki, kiməsə mənim sözlərimi ağrılı gəlsin, lakin mən əminliklə deyə bilərəm ki, o intihar edib. Heç bir qətl olmayıb. O, bundan əvvəl də bir neçə dəfə intihar etməyə çalışıb, ancaq nəsə ona hər dəfə mane olub" — deyə Zirəddəin qeyd edib.
O, vurğulayıb ki, ona intiharın dəqiq səbəblərini demək çətindir, lakin aydındır ki, bu məsələdə onun doğmaları, yaxınları və sevdiyi şəxs günahkardır. Zirəddinin sözlərinə görə, xaricdən o, həmişə həyatı sevən qız kimi görünüb, lakin o ruhən həmişə əziyyət çəkib, ağrıyıb. Ona görə də depressiyada olub. Rzayev əlavə edib ki, Tarasyukun həm də zərərli vərdişləri olub – o çoxlu spirtli içki qəbul edib, hətta dostlarının arasında olanda dərmanlar da atıb. Lakin onu narkoman adlandırmaq da olmaz.
"Onu həmişə daima qəribə, qeyri-adekvat adamlar əhatə edib. O, yəqin ki, onların təsiri altına düşüb. Mən əminəm ki, o iki uşağı olan evli kişi ilə görüşüb" – deyə Rzayev bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou