“Mən ilk Xocalıyam” – BİR ADIN TARİXÇƏSİ
18:18 23.07.2019
Cəmiyyət
520
“Kənd sovetinin sədri atamın belə ad qoymasını eşidib qəti razı olmadı. Dedi, olmaz. Amma atam israrlı idi. Onda sədr Şəkiyə zəng elədi. Dedi ki, icazə almasam, bu adı yaş kağızına yaza bilməyəcəm. Şəkidən isə heç bir tərəddüdsüz razılıq verdilər. Atama görə, onu yaxşı tanıdıqlarına görə”.
Zaman: 1992-ci il, fevralın 26-sı.
Məkan: Şəki rayonu, Baş Göynük kəndi.
Müşfiq İsmayılovun evində ikinci oğlu dünyaya gəlir. Ailə sevinc içindədir. Ata və ana uşağa ad qoymağa hazırlaşarkən evin ağsaqqalı Salman müəllim deyir:
“Uşağın adı Xocalı olacaq”. Ailə əvvəlcə çaş-baş qalır. Amma nəinki Baş Göynükdə, bütün Şəkidə ziyalı kimi tanınan Salman müəllimin sözündən heç kim çıxmır.
“Rəhmətlik atam vətənpərvər insan idi. Həmin vaxt ağır illər idi. Müharibə, xüsusən Xocalı faciəsi atama pis təsir etmişdi. Odur ki, bu qeyri-adi adla razılaşmalı olduq. Bəlkə də Xocalı adını yaşatmaq üçün bu addımı atmışdı atam. Bu, onun vətən istəyindən yaranan bir ad idi”, - Müşfiq İsmayılov deyir.
Xocalının artıq 27 yaşı var. Elə küçələrindəki “Xocalı” adlı mağazada çalışır.
“Babamın mənə bu adı qoymasının arxasında vətənpərvərlik durur. Mən bu adın məsuliyyətini yaxşı başa düşürəm. Bilirsiniz necədir? Azərbaycanda bəzi rayonlarımızın adını daşıyan insanlar var. Məsələn, Lənkəran, Quba, hətta Qazax adına belə rast gəlmək olar. Amma Xocalı adında adam yoxdur. Mən ilk Xocalıyam”.
Xocalı deyir ki, "ASAN xidmət"də işləyən bir dostu vasitəsi ilə öyrənib ki, Azərbaycanda doğrudan da Xocalı adını daşıyan bir kimsə yoxdur.
Bəs məktəbdə, hərbi xidmətdə onun adını necə qarşılayıblar?
Xocalı deyir ki, məktəbə gedənə kimi kənddə hamı məni bu adla tanıyırdı:
“Amma əsgərlikdə təbii ki təəccübləndilər. Amma adımın qoyulma tarixçəsini biləndən sonra hamı mənə hörmətlə yanaşmağa başladı. Əslində, mən də hansı adı daşımağımın fərqindəydim. Bayaq dediyim kimi, bunun məsuliyyətini hiss edirdim”.
Səbuhi Məmmədli
Bakı-Baş Göynük
FOTOLAR: Ülfət Cıdıroğlunundur
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Final oyunu bu stadionda keçiriləcək
19:38 09.01.2025
İdman
Üzlər güldü: Ərdoğanla Baxçalının qapalı görüşü başa çatıb
19:34 09.01.2025
Gündəm
Trampın Ukrayna ilə bağlı planı yoxdur - Polşa
19:25 09.01.2025
Dünya
Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
19:19 09.01.2025
Cəmiyyət
1051-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
19:06 09.01.2025
Hərbi
Sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR
18:59 09.01.2025
Ölkə
Fransalı deputat "X" sosial şəbəkəsindən şikayət edib
18:54 09.01.2025
Dünya
Tramp məlum paylaşımı ilə Netanyahunu hədəf almayıb - ŞƏRH
18:51 09.01.2025
Gündəm
“İşte benim stilim” ekranlara qayıdır
18:49 09.01.2025
Şou
Mingəçevirdə eşidilən partlayışın səbəbi - AÇIQLAMA
18:44 09.01.2025
Cəmiyyət
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub
18:40 09.01.2025
Hadisə
Saakaşvili Trampın planı barədə: Putinə görə belə edir
18:36 09.01.2025
Gündəm
Paşinyan Əhmədianla nələri müzakirə edib?
18:31 09.01.2025
Region
Böyük Britaniya Ukraynaya 30 min ədəd PUA göndərəcək
18:27 09.01.2025
Hərbi
İcma Paşinyana çağırırış edib -Bəyanat
18:23 09.01.2025
Gündəm
Koşta: Aİ Azərbaycanın mövqeyini dəstəkləyir
18:22 09.01.2025
Siyasət
Ukrayna müharibəsi apreldə bitə bilər – Britaniya XİN
18:11 09.01.2025
Dünya
Aİ lideri Antonio Koşta Azərbaycan Prezidentinə zəng edib
18:05 09.01.2025
Gündəm
Müharibəni bitirmək üçün mümkün olan hər şeyi edirəm -Zelenski
17:53 09.01.2025
Dünya
Şirvanda məktəbli qız vəfat edib
17:46 09.01.2025
Hadisə
Amerikada ilin gözəli seçildi - FOTO
17:34 09.01.2025
Şou
Son bir ayda nə qədər suriyalı Türkiyədən qayıdıb?
17:22 09.01.2025
Dünya
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
17:16 09.01.2025
İdman