Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.
Nazirin müvafiq əmri ilə Şəmkir rayon Kür qəsəbəsinin polis bölməsinə yeni rəis təyin olunub.
Belə ki, polis polkovnik-leytenantı Ədalət Sadiqov bundan sonra sözügedən vəzifəni icra edəcək.
Qeyd edək ki, Ədalət Sadiqov bu ilin may ayında Gəncə şəhər Nizami rayonu polis idarəsindəki işindən azad edilərək sərəncama götürülmüşdü.