Bakı polisinin Feysbuk səhifəsi fəaliyyətə başladı

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Feysbuk səhifəsi fəaliyyətə başlayıb.

Məqsəd BŞBPİ-nin, eləcə də tabeli polis orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını, həmçinin ictimaiyyəti maraqlandıran suallara, problemlərə və təkliflərə çevik reaksiya göstərilməsini təmin etməkdir.

Səhifənin yaradılması ilə paytaxt polisinin fəaliyyətinə dair informasiya təminatı sahəsində boşluqların aradan qaldırılması, polislə cəmiyyət arasında birbaşa əlaqə qurulması, eyni zamanda paytaxt polisinin fəaliyyətinə dair əhalinin gerçək rəy və münasibətlərinin öyrənilərək problemlərin həlli üçün aidiyyəti strukturlara çevik yönləndirmənin təmin edilməsi nəzərdə tutulur.