Bakı metrosunda daha iki yeni qatar xəttə buraxıldı - FOTO
11:50 22.08.2019
Cəmiyyət
391
Bakı Metropoliteni üçün Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsalı olan 10 vaqondan ibarət növbəti iki qatar xəttə buraxılıb.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, iyul ayında Bakıya gətirilmiş vaqonlarda ötən müddət ərzində istehsalçı müəssisənin mütəxəssisləri tərəfindən sazlama, tənzimləmə və texniki təlimat tələblərində göstərilən sınaq işləri aparılıb.
"81-765.Б/766.Б" modelli vaqonlar müasir dövrün tələblərinə uyğun olaraq texnoloji innovasiyalar baxımından 4-cü nəslə aiddir. Sərnişin təhlükəsizliyi və rahatlığına görə dövrün ən son yenilikləri, habelə "Bakı Metropoliteni" QSC-nin bütün texniki tələbləri nəzərə alınmaqla istehsal edilmiş vaqonların istismar müddəti 30 ildir.
2019-cu il yanvarın 31-də "Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, cari il ərzində Bakı Metropoliteni üçün 30 yeni tipli vaqon istehsal olunmalı idi. Onlardan ümumilikdə 10 vaqondan ibarət iki qatar tərkibi iyunun 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə Bakıya yola salınaraq, iyulun 2-də sazlama və sınaq işlərindən sonra xəttə buraxılmışdı.
Cari il üçün nəzərdə tutulmuş 10 vaqondan ibarət son iki qatar isə avqustun sonuna kimi Bakıya gətiriləcək. Sentyabrda həmin qatar tərkibləri də müvafiq sazlama, tənzimləmə və sınaq işlərindən sonra xəttə buraxılacaq. Bununla Bakı Metropoliteninin xətlərində innovasiyalar baxımından 4-cü nəslə mənsub vaqonların sayı 55-ə çatdırılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2024-cü ilin əsas ifadəsi açıqlanıb...
21:47 10.01.2025
Texnologiya
İran Ermənistana qoşun yeridə bilər - Video
21:38 10.01.2025
Region
ABŞ açıqladı: Rusiyaya qarşı ən sərt sanksiyalar...
21:23 10.01.2025
Gündəm
Bakıda parkda süpürgəçi öldü
21:04 10.01.2025
Hadisə
"Qarabağ" imtina etdi, "Flamenqo" məbləği artırdı
20:58 10.01.2025
İdman
Britaniyanın qaz ehtiyatları təhlükəli dərəcədə azalıb
20:51 10.01.2025
Dünya
Bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq
20:33 10.01.2025
Sosial
Tramp ABŞ tarixində mühakimə olunan ilk prezident olub
20:25 10.01.2025
Siyasət
DİN-dən silsilə əməliyyatlar: çox sayda saxlanılan var - Video
20:17 10.01.2025
Cəmiyyət
Trampın xüsusi nümayəndəsinin Ukrayna səfəri ləğv edildi
20:11 10.01.2025
Dünya
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq edib
20:04 10.01.2025
Gündəm
Ukrayna Rusiya aktivlərindən bu qədər pul əldə edib
19:57 10.01.2025
Dünya
Məşhur polkovnikə yüksək vəzifə verildi
19:53 10.01.2025
Cəmiyyət
Cəlilabadda sərnişin avtobusdan yıxılaraq xəsarət alıb
19:40 10.01.2025
Hadisə
55 yaşlı qadın 32 il sonra ana oldu
19:32 10.01.2025
Ölkə
Onlar özlərinə yeni lider axtarırlar - Ərdoğan
19:24 10.01.2025
Siyasət
Sadır Japarov Prezident İlham Əliyevə başsağlığı verib
19:03 10.01.2025
Hadisə
Milli Qəhrəmanların ailələrinə Prezident təqaüdü təyin edildi
18:58 10.01.2025
Cəmiyyət
Bakıda gözətçidən hədələyərək 10 min pul alan şəxslər saxlanıldı
18:38 10.01.2025
Hadisə