Azərbaycanlı gənc terrorçuluqla bağlı beynəlxalq axtarışa verildi


27 yaşlı azərbaycanlı oğlan İnterpol səviyyəsində axtarılır.
Lent.az bildirir ki, Qax rayonu sakini Elnur Rəcəboğlu terror qruplaşmasına dəstək verməkdə təqsirləndirilir. O,1992-ci ildə Qaxın Güllük kəndində anadan olub.
27 yaşlı azərbaycanlı barədə Azərbaycanın istintaq orqanı cinayət işi başlasa da, o, istintaqdan yayınıb. Məhkəmə E.Rəcəboğlu barədə həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. Həmin qərar əsasında "İnterpol" E.Rəcəboğlu barədə beynəlxalq axtarış elan edib.