Polis Bakıda genişmiqyaslı profilaktik-maarifləndirmə tədbirlərinə start verib 


Bakı şəhər Baş Polis İdarəsi və tabeli orqanları jurnalistlərin iştirakı ilə paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş genişmiqyaslı əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirir.
APA -nın tədbirlərdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, növbəti tədbir Səbail rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən paytaxtın İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişdiyi ərazidə aparılıb. DİN rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyır.
Reyd zamanı 5 piyadaya xəbərdarlıq edilib.
İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsi ilə 2 piyada üçün protokol tərtib olunub.