22 yaşlı qızı ilan sancdı


Şabranda ilan sancması faktı qeydə alınıb.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 1997-ci il təvəllüdlü Məmmədova Məryəm Ceyhun qızını ilan sancıb.
O dərhal Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.