Bakıda 2 marşrutun hərəkət istiqaməti dəyişir

Bakıda iki marşrutun istiqaməti dəyişəcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək:

"3 nömrəli marşrut:

Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

31 nömrəli marşrut:

“İçərişəhər” metrostansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə hərəkət edəcək".