Sumqayıtda 227 kilo yararsız ət məhv edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Agentlikəməkdaşları vətəndaş Əliyev Taryel Xosrov oğluna məxsus Sumqayıt şəhəri, 46–cı məhəllədə yerləşən “Misiroğlu” heyvan kəsim məntəqəsinə baxış keçiriblər.

AQTA-nın mətbuat xidmətindən verilən məlumata görə, heyvan cəmdəyinə (mal əti) orqanoleptik baxış zamanı heyvanın aqoniya halında kəsildiyi şübhəsi yarandığına görə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib.

Analizin nəticələrinə görə, mal əti istehlak üçün yararsız hesab olunub və heyvanın aqoniya halında məcburi kəsiminin aparıldığı təsdiqini tapıb. 227 kq istehlaka yararsız heyvan cəmdəyi Sumqayıt poliqonunda məhv edilib.