Bələdiyyələr icra hakimiyyətlərinin tərkibindən çıxarılsın! - TƏKLİF

“Bələdiyyə sistemini məhdud səlahiyyətlərindən, icra hakimiyyəti tabeçiliyindən çıxarmaq lazımdır”.

Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, bələdiyyə sistemi əvvəlki qaydada fəaliyyət göstərməməlidir: 

“Yeni parlament bələdiyyələrin səlahiyyətlərinin artırılması üçün qanun qəbul etməlidir. Gələn il bu sahədə islahatların keçirilməsi labüddür. Bələdiyyə hazırda elə bir qurum səviyyəsinə düşüb ki, verdiyi sənədlər ciddiyə alınmır. 



Politoloq: “Bələdiyyə hazırda elə bir qurum səviyyəsinə düşüb ki, verdiyi sənədlər ciddiyə alınmır”


Kifayət qədər ciddi və seçkili qurum olan bu strukturu işlək vəziyyətə gətirsək, qəsəbələr və kəndlərin inkişafına nail ola bilərik. Əlavə olaraq, bələdiyyələrə ictimai nəzarət şurası da yaradılmalıdır. Hazırda bu sistem köhnə metodla idarə olunur. Bələdiyyə sisteminin hazırkı vəziyyəti ölkənin inkişafına və xalqa xidmət etmək səviyyəsinə uyğun deyil”.