45 minə yaxın sürücüyə cərimə yazıldı - DYP

Baş Dövlət Yol Polisi İdarəsi ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar dünən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən "Sherg.az"a daxil olan məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminin pozulmasına görə ötən gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.