Nazirlik Şura yaratdı - Müəllimlər nə zaman SERTİFİKATLAŞDIRILACAQ?

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, əmrə əsasən, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Şuranın sədri təyin edilib.

Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Fərzəli Qədirov, təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Murad Camalzadə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Şuranın üzvləri seçiliblər.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması bu ilin payız aylarından başlayacaq və növbəti ildə də davam edəcək.