Şəhid anasından Ali Baş Komandana:“Tanrı Sizi və Azərbaycanımızı qorusun!”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər. Gədəbəy rayonunun Arıqıran kəndindən şəhid anası Səyyarə Musayeva Ali Baş Komandana məktubunda bildirir:
 
“Möhtərəm cənab Prezident, bütün dünyada böhranın baş alıb getdiyi bir vaxtda ölkəmizdə, o cümlədən Gədəbəyimizdə aparılan abadlıq-quruculuq işlərinə görə bir şəhid anası kimi Sizə təşəkkür edirəm. Arıqıran kəndinə təbii qaz xəttinin çəkilişinə və işıq dirəklərinin yenilənməsinə başlanılıb. Uzun müddət idi ki, elektrik enerjisi və yanacaq sarıdan əziyyət çəkirdik. Sakinlərə göstərdiyiniz bu diqqət və qayğıya görə bir daha Sizə təşəkkürümü bildirirəm. Tanrı Sizi və Azərbaycanımızı qorusun!”.