Böyük Britaniyadan liderə məktub var: “Hər zaman dövlətimizin köməyini hiss etmişəm”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Böyük Britaniyanın Birminhem şəhərindən Nərmin İsmayılova ölkə başçısına məktubunda bildirir: 

 “Hörmətli cənab Prezident, mən, İsmayılova Nərmin İngiltərənin Birminhem Universitetində doktorantura təhsili alıram. Bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar İngiltərədə də karantin rejimi elan edildi və bu rejim hələ də davam edir. Karantin rejiminə görə iş yerlərinin bağlanması xaricdə oxuyan və eyni zamanda işləyən tələbələrin həyatında maddi cəhətdən çətinlik yaratdı. Eyni problemi tələbə olaraq mən də yaşadım. Maddi vəziyyətimə görə ölkəmizin İngiltərədəki səfirliyinə müraciət etdim. Səfirliyin əməkdaşları vəziyyətimdən xəbər tutan gündən mənimlə mütəmadi əlaqə saxlayır, maarifləndirici tövsiyələr verərək mənə maddi və mənəvi dəstək olurlar. Hər zaman dövlətimizin köməyini hiss etmişəm və buna görə də hörmətli Prezident, dəstəyinizə görə Sizə təşəkkürümü bildirirəm”.