Qazaxıstanda koronavirusa yoluxanların sayı 20 minə yaxınlaşır

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 520 nəfər yoluxub.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19285 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 11 882 nəfər sağalıb, 136 nəfər isə vəfat edib.