Karantin qaydalarını pozan 30 nəfər cərimələndi

Yevlaxda karantin rejimini pozan şəxslər cərimələnib.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir. Ümumilikdə rayon ərazisində 30 nəfərə yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.