Bu gün 450 azərbaycanlı Rusiyadan vətənə qayıdacaq

Bu gün 450 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının Dağıstan Respublikasının “Yaraq-Qazmalar” sərhəd keçid məntəqəsindən ölkəmizə qayıdacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı razılıq iyunun 23-də Dağıstanın başçısı Vladimir Vasilyev və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında telefon söhbətində əldə olunub. 
Qeyd edək ki, iyunun 23-də 250 azərbaycanlı vətənə qayıdıb.