Azərbaycan koronavirus: 547 yoluxan, 291 sağalan, 6 ölən

Azərbaycanda daha 547 nəfərdə COVID-19 aşkarlanıb, 6 nəfər vəfat edib
"Sherg.az"ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Vəfat edənlərin ümumi sayə 180-ə çatıb.
TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu gün 7274 test aparılıb.